İngiis dilindən açıq dərs keçirildi

12 dekabr 2017-ci il tarixində Xeyransa Yəhyəyevanın 6B sinfində ingilis dili fənnindən “Do you like watching TV?”mövzusunda açıq dərsi keçirildi.Dərsin məqsədi şagirdlərə televiziyanın mənfi və müsbət xüsusiyyətlərini aşılamaq oldu.TV-nin bugünki həyatımızda rolu mövzusunda müzakirələr aparıldı. Müzakirələrdə fəal iştirak edən şagirdlər öz fikirlərini söylədilər,bəzi iradlarını bildirdilər.Müxtəlif təlim metodlarından istifadə edən müəllim mövzunun şagirdlər tərəfindən mənimsənilməsinə nail oldu. Dərsdə nəticə əldə etmək üçün müəllim əqli hücum, müzakirə,klaster üsullarından istifadə etdi.Açıq dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova və fənn müəllimləri iştirak etdilər.