İntellektual bilik yarışı keçirildi

12 dekabr 2017- ci il tarixində VI a sinif şagirdləri ilə Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva və psixoloq Samirə Rzayeva şagirlərin intellektual səviyyəsinin, bilik və bacarıqlarının müəyyənləşdirilməsi məqsədi ilə intellektual yarış keçirildi. Yarışma zamanı şagirdlərə verilən suallar məntiqi və düşündücü mövzulardan ibarət idi.Şagirdlər arasında fəal iştirak edən Əli Əhmədzadə, Səliməxanım Babazadə, Əlheydər Nuriyev ,Aytac Bayramova,Zərxanım Zərbəliyeva ,Əli Qənbərov,Əli Mərdanlı sualları tam dolğun cavablandırdılar. Əlheydər Nuriyev yüksək bal topladığı üçün yarışmanın qalibi seçildi.