Ulu Öndərin anım günü qeyd olundu

12 dekabr. 2003-cü ildən etibarən bu tarix, azərbaycanlılar üçün hüzünlü bir gün kimi yaddaşlarda qaldı. İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dahi siyasətçisi və ulu Öndəri Heydər Əlirza oğlu Əliyevin xalqı və Vətəni qarşısında xidmətləri o qədər çoxdur ki, millət öz sevgisini onu ümummilli lider adlandırmaqla ifadə etdi. Ümummilli liderimizin fəaliyyətinin hansı sahəsini götürsək, onun tariximizdə əbədi qalması üçün kifayət qədər xidmətləri olub. Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün dəyərli şəxsiyyət idi. Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Azərbaycanda , istərsə də Azərbaycandan kənarda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir.
Ümummilli lideri hər il olduğu kimi, xatırlamaq, onun xatirəsinə ehtiramını bildirmək, Tanrıdan ruhuna rəhmətlər diləmək məqsədilə şagirdlər onun haqqında xatirələr və seirlər söylədilər. Onun həyatı və yaradıcılığı barədə geniş məlumatlar verildi və videoçarxlar izlənildi.