Biologiya fənn metodbirləşmə iclası keçirildi

11 dekabr 2017-ci il tarixində biologiya fənn  metodbirləşmə iclası keçirildi.İclasda fənn müəllimləri Mələk Əzizova,Sevil Cəfərova və metodbirləşmə sədri Fatimə Bəşirova iştirak etdi.İclasda aşağıdakı məsələlər müzakirə edildi:

Keçirilən KSQ-ların nəticələrinə əsasən fənn müəllimlərinin təlim keyfiyyətləri müzakirə edildi.Bu nəticələrin daha da yüksəldilməsi məqsədi ilə görüləcək işlər vurğulandı.

“Tədrisdə keyfiyyət ili” ilə əlaqədar olaraq biologiya fənninin keyfiyyətinin statistik göstəricilərini müəyyən etmək məqsədilə 7-ci və 8-ci siniflərdə 18 dekabr 2017-ci il tarixində keçiriləcək məktəbdaxili monitorinqdə istifadə olunacaq sualların səviyyəsi və tətbiq olunacaq yeni qiymətləndirmə texnologiyaları müzakirə mövzusu olundu.

4 dekabr 2017-ci il tarixində Mələk Əzizovanın 9b sinfində keçirtdiyi “Qlobal ekoloji problemlər” mövzusunda və 8 dekabr 2017-ci il tarixində Sevil Cəfərovanın 7b sinfində keçirtdiyi “Yaşadığımız diyarın dərman bitkiləri” mövzusunda “Dəyirmi masa”lar  müzakirə edildi. “Dəyirmi masa”larda əyani vəsaitlər və videomateriallardan,internet resurslarından istifadə edilməsi,belə tədbirlərin şagirdlərin yeni bilik və bacarıqlarının formalaşmasında,onların dünya görüşlərinin zənginləşməsində oynadığı rol yüksək qiymətləndirildi.

Biologiya fənnindən olimpiadanın məktəb turunun nəticələri,şagirdlərin topladığı ballar,tutduqları yerlər,siniflər üzrə göstərilən nəticələr və rayon turuna göndəriləcək şagirdlərlə hazırlıqların təşkili əsas müzakirə olunan məsələlərdən biri oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi