2c sinfində açıq dərs keçirildi

8 dekabr 2017-ci il tarixdə Fəridə Hümbətova 2c sinfində riyaziyyat fənnindən “Pullarımız “ mövzusunda açıq dərs keçirdi. Dərsin məqsədi şagirdləri pulları tanımaq, qəpik pulları hesablamaq ,eyni məbləğdə qəpik pulu müxtəlif qəpiklərlə ifadə etmək bacarıqlarına yiyələndirmək idi. Dərsdə nəticə əldə etmək üçün müəllim əqli hücum, BİBÖ, müzakirə, modelləşdirmə üsullarından istifadə etdi.Açıq dərsdə direktor müavini Həməşəxanım Bayramova, ibtidai siniflər üzrə metodbirləşmə sədri və bir neçə sinif müəllimləri iştirak etdi.