“Yaşadığımız diyarın dərman bitkiləri” mövzusunda dəyirmi masa keçirildi

8 dekabr 2017-ci il tarixində biologiya müəllimi Sevil Cəfərova 7b  sinif şagirdləri ilə “Yaşadığımız diyarın dərman bitkiləri” mövzusunda dəyirmi masa  keçirdi. Dəyirmi masada Azərbaycanın bölgələrində yetişən müxtəlif növ dərman bitkiləri,onların əsas xüsusiyyətləri,xəstəliklərin müalicəsində və insan sağlamlığında rolu,təbabətdə istifadə edilməsi müzakirə olundu.Şagirdlər zəfəran,boranı,itburnu,zoğal,heyva,nanə,zəncəfil və.s. bitkilərin özünə məxsus xüsusiyyətləri və insan sağlamlığına faydaları barədə ətraflı məlumat verdilər.Zəfəranın ürək-damar sisteminə müsbət təsiri,xərçəng xəstəliyinin yaranmasının qarşısını alması,itburnunun C vitamini ilə zəngin olması sayəsində immuniteti gücləndirməsi,zoğalın antibiotik təsiri,boranının və nanənin həzm sisteminin işinə müsbət təsiri xüsusi olaraq vurğulandı.Eyni zamanda,bəzi dərman bitkiləri — zəncəfil,boranı,nanə kimi dərman bitkiləri əyani şəkildə nümayiş etdirildi. Limonotu bitkisinin sakitləşdirici təsiri nəzərə alınaraq,bu bitkidən hazırlanmış çay “Dəyirmi masa” iştirakçılarına təqdim edildi.Bundan başqa,dərman bitkilərinin şəkilləri və onların xüsusiyyətlərini özündə əks etdirən videomateriallar da iştirakçılara nümayiş etdirildi.Beləliklə,Azərbaycan təbiətinin nə qədər zəngin olduğu bir daha sübut olundu.Şagirdlər belə məhsuldar və bərəkətli torpaqlarda böyüyüb yaşadıqları üçün qürur duyduqlarını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi