Xocalı Qan yaddaşımız

Hər il olduğu kimi Xocalı soyqırımının ildönümü məktəbimizdə yüksək səviyyədə qeyd olunur. Bununla əlaqədar olaraq 18-20 fevral tarixləri arasında məktəbdə disputlar keçirilmişdir. “Müharibə uşaqların gözü ilə”, “Biz sülhə səs veririk” başlığı altında rəsm sərgisi nümayiş edilmişdir. Ay ərzində ardıcıl olaraq I-IV, V-XI sinif şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. 25 fevral 2015-ci il tarixində Binə Mədəniyyət evinin nümayəndəsi və məktəbimizin istedadlı uşaqları ilə yüksək səviyyədə “Xocalı qan yaddaşımızdır” adı altında tədbir keçirilmişdir.Tədbirdə Binə Bələdiyyəsinin nümayəndələri, rayon təhsil işçiləri iştirak edirdi. Tədbirdə Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad olundu və bir daha xalqımızın başına gətirilən müsibətlər haqqında geniş məlumat verildi. Şagirdlərimizin hazırladıqları şeirlər, səhnəciklər bir daha sübut etdi ki, gələcək nəsil vətənpərvər,əzmkar ruhda tərbiyələnir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi