Azərbaycan tarixi fənnindən açıq dərs keçirildi

6 dekabr 2017-ci il tarixində Şahnaz Dadaşovanın IXb sinfində “Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri qırğınlar. Milli demokratik hərəkat” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə şagirdlər soyqırımların baş verdiyi ərazilər üzrə “Naxçıvan” , “Qarabağ” , “İrəvan” qrupları adları altında iştirak edirdilər. Dərsdə əlavə materiallar- jurnal, şəkilli albom, kitablar və qəzet materiallarından geniş istifadə olundu. Müəllim motivasiyanı “Xocalı soyqırımı”na həsr olunmuş slaydla başladı. Tədqiqat sualı “XX əsrin əvvəlində xalqımızın milli oyanışı nə ilə nəticələndi?” olaraq verildi.
Beyin həmləsi, müzakirə təlim üsullarından istifadə etməklə,müəllim zəif şagirdlərə də tapşırıqlar verdi.
Dərsin gedişində şagirdlər 1905-1906-cı illərdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlarını zaman baxımından qiymətləndirib, milli demokratik hərəkatın nümayəndələri haqqında material toplayıb, təqdim etdilər. Yaradıcı tətbiqetmədə erməni terrorunun qurbanlarına aid cədvəl qurdular.
Ev tapşırığı olaraq “Sultan bəy Sultanov” haqqında esse yazmaq tapşırıldı.
Mövzu müasir dövrlə geniş əlaqələndirilərək soyqırımın mahiyyəti, işğal altında olan ərazilərimiz, erməni vandalizminin qurbanı olmuş tarixi abidələrimiz haqqında müzakirələr aparıldı. Dərsin gedişində vətənpərvərlik hissi aşılandı. Qiymətləndirmə meyarları olaraq təqdimathazırlama, təqdimetmə və qiymətləndirmə cədvəlindən istifadə olundu.