"Təhsil və Karyera Hədəflərini müəyyənləşdir"mövzusunda seminar keçirildi
4 dekabr 2015-ci il tarixində məktəbin IX-XI sinif şagirdləri ilə peşəyönümü istiqamətində işlərin daha da artırılması məqsədilə"Təhsil və Karyera Hədəflərini müəyyənləşdirin" mövzusunda seminar keçirilmişdir.Seminara AzərSUN şirkətinin əməkdaşıElçin Həsənov da dəvət olunmuşdu.Seminarda məruzə və təqdimatla çıxış edən Elçin Həsənov şagirdlərə gələcəkdə peşəseçimi istiqamətlərinin düzgün müəyyənləşdirilməsi sahəsində geniş tövsiyyələrini vermişdir.Seminarda məktəbin PsixoloquSamirə Rzayeva da peşəyönümü istiqamətində seçim üçün öz tövsiyyələrini bildirmişdir.Sonda şagirdlər seminara görə Elçin Həsənova öz minnətdarlıqlarını bildirmişlər.