“Dəyirmi masa” keçirildi

4 dekabr 2017-ci il tarixində Mələk Əzizovanın rəhbərliyi ilə 9b sinfində “Qlobal ekoloji problemlər” mövzusunda “Dəyirmi masa” keçirildi.”Dəyirmi masa”da əsasən qlobal ekoloji problemlərdən biri olan qlobal istiləşmə problemi ətrafında müzakirələr aparıldı.Qlobal istiləşmənin səbəbləri,yaratdığı fəsadlar və bu fəsadların aradan qaldırılması istiqamətində görülməli olan işlərlə bağlı alternativ fikirlər səsləndirildi.Problemin mahiyyəti haqqında daha aydın təsəvvür yaratmaq üçün əyani vəsaitdən – videomaterialdan istifadə olundu.
”Dəyirmi masa”da müzakirə olunan digər bir ekoloji problem isə turşu yağışları oldu.Azot və kükürd oksidlərinin buludlardakı su buxarı ilə qarışması nəticəsində yaranan turşu yağışlarının törətdiyi fəsadlar— yaşıllıqlara,infrastruktura,insanlara və bütünlükdə canlı aləmə vurduğu zərərlər və onların aradan qaldırılması yolları araşdırıldı.Bu yağışların ölkəmizdə də Xızı,Siyəzən və Naxçıvan bölgələrinin ərazilərində torpaqların şoranlaşmasına səbəb olduğu,bu şoranlaşmanın kənd təsərrüfatına verdiyi zərərlər də qeyd edildi.Bunların aradan qaldırılmasında hansı tədbirlərin görülə biləcəyi müzakirə edildi.
Beləliklə,sonda şagirdlər qlobal ekoloji problemləri və onların həlli yollarını dərk etdilər və özləri də bu istiqamətdə hansı işlər görə biləcəklərini də xüsusi olaraq vurğuladılar.