PİSA proqramının məktəbimizdə tətbiqi

Azərbaycanın 15 yaşlı yeniyetmələri dünya üzrə  65 ölkənin qatıldığı yarışmada beynəlxalq qiymətləndirmə  PİSA 2006 və 2009-da iştirak etmişlər. Program for İnternational Student Assessment (PİSA) – Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramında Azərbaycan 2 dəfə(2006-2009) iştirak etmiş və hər dəfə də bu tədbirə 5000-dən artıq məktəbli qatılmışdır. Qiymətləndirmə 3 istiqamət üzrə aparılmışdır: oxuduğunu anlamaq, riyaziyyat və digər elmlər üzrə .

Bu ildən PİSA proqramı yenidən Azərbaycan təhsilində tətbiq olunmağa başlanıldı.Proqram çərçivəsində  məktəblərdə keçirilən məşğələlər  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsinin məktəb kateqoriyasında qalib olmuş Bakı  şəhər Xətai rayonunda yerləşən Humanitar fənlər təmayüllü məktəb-liseyin “İnteqrativ  tədris  üsullarından istifadə etməklə ümumi  orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri,riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi” layihəsi üzrə icra edilir.Layihə 22.09.2017-22.12.2017-ci illəri əhatə edir.Ümumilikdə,layihə paytaxtın ümumtəhsil məktəblərində təhsil alan təxminən 3000-ə  yaxsın şagirdi əhatə edir.Sözügedən layihə hal-hazırda məktəbimizdə də  tətbiq olunur.Layihəni icra edən mentor  IXa ,IXb, Xc,Xç-siniflərində şagirdlərlə məşğələlər aparır.Məşğələdə şagirdlərin riyazi-məntiqi təfəkkürünün, dünyagörüşünün,idrak səviyyəsinin artırılması istiqamətində işlər aparılır.Şagirdlərin dinləmə,oxuma-anlama,fikrini mustəqil ifadə etməsi  qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində müxtəlif  mövzularda debatlar aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi