İngilis dili fənnindən açıq dərs keçirildi

30 noyabr 2017-ci il tarixində 2c sinfində İngilis dili fənnindən Şəlalə Məmmədovanın “Colours “mövzusunda açıq dərsi keçirildi. Yeni təlim metodları əsasında keçirilən dərsdə motivasiya üçün qabaqcadan hazırlanmış rəngli slaydlarla şagirdlərə suallar verildi.Dərsdə dialoqlardan, rəngli şəkillərdən müxtəlif resurslardan istifadə edildi. Qruplara tapşırıqlar verildi.Hər qrup adlarının rənginə görə müəyyən tapşırıqları yerinə yetirdi.Bu mövzuda həmçinin şagirdlərə vətənpərvərlik mövzusu da aşılandı. Şagirdlər bayrağımızın rəngləri və mənası haqqında məlumatlar verdilər.Dərsdə müxtəlif resurslardan istifadə edərək oyunlar keçirildi.Sonda müəllim qrupları meyarlar əks olunmuş qiymətləndirilmə cədvəlinə əsasən və şagirdlərin biliyini fərdi olaraq qiymətləndirdi.