Fiziki hadisələr şagirdlərin eksprementləri vasitəsilə izlənilir

Fizika həyat elmidir.Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır.Şagirdlərin də bu qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə bələd olması, onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqları bilmələrinə imkan yaradır.
Bu məqsədlə məktəbimizdə tədris olunan fizika dərslərinin dinlənilməsi zamanı müəyyən olundu ki, fənni tədris edən müəllimlər dərs prosesində şagirdlərin dərsləri düzgün və məzmunlu şəkildə qavramaları üçün çalışır, dərslərdə əyani vəsaitlərdən daha çox istifadə edərək, təcrübələr aparmaqla mövzuları şagirdlərə mənimsədirlər.
Şagirdlərin fənnə meyil və marağını artırmaq məqsədilə müxtəlif mövzularda diskusiyalar keçirilir.