Riyaziyyat fənnindən açıq dərs keçirildi

24 noyabr 2017-ci il tarixində V c sinfində riyaziyyat fənnindən Şaiq Ağayevin “Düzgün olmayan kəsrlər və qarışıq ədədlər” mövzusunda açıq dərsi keçirildi. Yeni təlim metodları əsasında keçirilən dərsdə müəllim motivasiya üçün qabaqcadan hazırlanmış suallarla sinfə müraciət etdi. Qruplar verilən sualları tam və dolğun cavablandırdılar.      Müzakirələr və nəticənin çıxarılmasında da şagirdlər fəallıq göstərdilər. Texniki vəsaitdən istifadə edən Şaiq müəllim vaxt itkisinə yol vermədi ki, bu da mövzunun daha yaxşı öyrənilməsinə və yadda qalmasına imkan verdi.

Müəlim  qrupların fəaliyyətini qiymətləndirmək üçün həm mövzu ilə bağlı, həm də meyarlar əks olunmuş qiymətləndirmə cədvəlindən istifadə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi