Kimya fənnindən açıq dərs keçirildi

23 noyabr 2017-ci il tarixdə IX b sinfində kimya fənnindən məktəbin müəllimi Könül Həsənova “Xlor. Dövrü sistemdə mövqeyi və atomunun qurluşu,təbiətdə yayılması və alınması” mövzusunda açıq dərs keçirdi. Dərs müasir təhsil sisteminə uyğun olaraq motivasiya mərhələsi ilə başladı.Müəllim şagirdlərə xlorun kəşfi, izotopları, oksidləşdirmə dərəcələri və orqanizmlərdəki rolu haqqında məlumat verdi. Mövzunu daha yaxşı mənimsətmək məqsədi ilə çalışma,test və digər tapşırıqlardan geniş istifadə olundu.Qiymətləndirilmə müəllimin hazırladığı meyyar cədvəli üzrə aparıldı və tapşırıq verildi. Dərs müasir üsullar əsasında qoyulmuş, şagirdlərin bilik və bacarıqlarının hər tərəfli formalaşmasına yönəlmişdi. Şagirdlər quruplara bölünərək apardıqları təcrübə və araşdırmaların nəticələri ilə tanış oldular.Dərsin sonunda evə tapşırıqlar verildi. Şagirdlərin bilik , bacarıqları meyar və səviyyələr üzrə qiymətləndirildi.