İkincilər tətildə tarixi yerlərə ekskursiya etdilər

20.11.2017-ci il tarixində 2ə sinif şagirdləri, valideynlər və sinif müəllimi Məleykə Rəhimlinin rəhbərliyi ilə Bakının Suraxanı kəndində yerləşən “Atəşgah” və Qala kəndində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksinə ekskursiya təşkil edilmişdir. Məqsəd şagirdləri Azərbaycanın qədim tarixi ilə yaxından tanış etmək idi. Şagirdlər arxeoloji əşyalara, canlı heyvanlara, “Atəşgah” məbədində yanan alova, hər birinin kiçik bir tarixçəsi olan qədim otaqlara, hücrələrə çox böyük maraqla tamaşa etdilər.

Həmçinin bələdçinin rəhbərliyi ilə burada yerləşən “Abidə Kompleks”ini və “Tullantıdan sənətə” muzeyini gəzdilər. Orada dünyanın müxtəlif ölkələrindən olan sənətkarların  tullantılardan  hazırladığı sənət əsərlərini çox böyük heyrətlə izlədilər, bununla yanaşı müxtəlif, maraqlı məlumatlar əldə etdilər. Muzeylərə təşkil olunmuş ekskursiyadan şagirdlər xoş təəssuratlarla geri qayıtdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi