Linqafon kabinetlərində xarici dillərin tədrisi keçirilir

Məktəbimizdə xarici dillərin tədrisində mütəmadi olaraq müasir texnologiyalardan istifadə olunur. Bura elektron lövhələr, linqofon kabineti kimi texnologiyalar daxildir.Şagirdlərin ingilis dili  fənni üzrə danışıq qabiliyyətlərinin inkişafında linqafonların rolu böyükdür.V-IX siniflərdə şagirdlərdə dil qaydalarına riayət etmək səviyyəsinin formalaşdırılması vəziyyətinin öyrənilməsi məqsədilə məktəbin ingilis dili müəllimləri Xavər Bayramova , Nazlı Dadaşova,Ülkər Məmmədova  müntəzəm olaraq linqafonlardan istifadə edirlər.Dərs prosesi zamanı şagirdlər onlara təqdim olunan mətni dinləyir, daha sonra isə mətnə aid olan tələffüzü, çətin sözləri müəllimin və linqafonun köməyi ilə mənimsəyirlər. Bundan əlavə onlar ünsiyyət qabiliyyətlərini artırmaq üçün rollu dialoqlara qulaq asır  və bunu öz üzərlərində icra edirlər.Keçirilən dərs şagirdlərdə fəallıq yaratmaqla yanaşı onların əməkdaşlıq bacarığını da inkişaf etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi