İstedadlı şagirdlərin dərnək məşğələləri keçirilir

Dərs ilinin başlanğıcından məktəbdə “Bacarıqlı əllər” və “Toxuculuq” dərnəyi təşkil olunmuşdur. Dərnəyə 5-ci və 6-ci sinif şagirdləri cəlb olunmuşdur. Dərnəyin əsas işi istedadlı uşaqların üzə çıxarılmasıdır. Bu məqsədlə məktəbin texnologiya müəllimləri Bayramova Bənövşə və Hüseynova Ləman tərəfindən həftədə 3 dəfə olaraq keçirilən dərnək məşğələlərində şagirdlərə toxuculuq, muncuqla işləmə bacarıqları, aplikasiya düzəltmə və başqa əl işləri bacarıqları öyrədilir. Şagirdlər dərnəyə böyük həvəs və maraq göstərirlər.
Fənn müəllimi Bənövşə Bayramova şagirdlərə rəngli kağızlardan növbənöv güllərin hazırlanması, parça üzərində muncuqla işləmə, muncuqların məftillərə yığılaraq güllərin hazırlanması və başqa bacarıqlar öyrədir.
Texnologiya müəllimi Ləman Hüseynova ilmələrin yığılması, mil və milçə ilə toxuma qaydalarını şagirdlərə öyrədir.
Müəllimlər bacarıqlı, istedadlı şagirdlərin əl işlərindən ibarət guşə də hazırlamışlar. Nümunəvi əl işləri rayon tədbirlərində də nümayiş etdirilir.