İctimai fənnlərin tədrisi vəziyyəti öyrənilir

XXI əsr həyatımızın bütün sahələrində yeni nailiyyətlərə yol açmışdır. Müasir dərslərin səmərəli tədrisi üçün müəllimlərdən müəyyən metodları bilmək və tətbiq etmək bacarığı tələb olunur. Tarix fənninin tədrisində əsas metodika ondan ibarətdir ki, dərs şagirdə və tədrisin məqsədinə yönəlmiş olur. İlk növbədə şagirdin həqiqi bir şəxsiyyət kimi yetişməsi, fərdi yaradıcılıq qabiliyyətinin üzə çıxması, vətənə sevgi hisslərinin aşılanması hər bir müəllimin borcudur. Bu məqsədlə tarix metodbirləşməsi üzvləri qarşıya qoyulan məsələlərin öhdəsindən layiqincə gəlməyə çalışır.
Tarix dərsləri dinlənilərkən aşkara çıxarıldı ki, müəllimlər: Şahnaz Dadaşova , Nadir İmamverdiyev , Vəsilə Əliyeva , Sürayə Bayramova dərslərində əyani vəsaitlərdən: xəritə, albom, elektron dərsliklər, informasiya texnologiyalarından istifadə edirlər.Təlim forma və üsullarından Venn diaqramı,klaster, müxtəlif cədvəl və sxemlərdən mövzuya uyğun tətbiq edə bilirlər.
Azərbaycan tarixini daha yaxşı mənimsətmək üçün şagirdlərin tarixi yerlərə, muzeylərə ekskursiya və gəzintilərinin təşkil edilməsi müəllimlər tərəfindən həmişə diqqət mərkəzindədir. Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi metodbirləşmə tərəfindən mütəmadi olaraq izlənilir. Şagirdlərin idraki imkanları nəzərə alınaraq mövzuya uyğun ev tapşırıqları olaraq ESSE, təqdimat,fotokollaj, məlumat, slayd,buklet hazırlamaq tapşırılır.