Metodbirləşmə iclası keçirildi

10 noyabr tarixində keçirilmiş Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə iclasında “Təhsildə keyfiyyət ili” ilə əlaqədar qarşıda duran məsələlərdən bəhs olundu. Metodbirləşmə sədri Əzizə Səlimova bildirdi ki, V-X siniflərdə kurikulumun tədrisi vəziyyəti, buraxılış siniflər olan IX vəXI siniflərdə fənnin tədrisi səviyyəsini yüksəltmək məqsədi ilə test yoxlamaları aparılmalıdır. Yeni təcrübənin öyrənilməsi baxımından açıq dərslərin keçirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onlarla işin təşkil olunmasının vacibliyindən danışıldı. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Umarova təmayül siniflərdə fənnin tədrisi və “Nitq mədəniyyəti” dərsdənkənar məşğələ ilə bağlı məlumat verərək bildirdi ki, şagirdlər bu məşğələlərə böyük maraq göstərirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi