10-cu siniflərdə” Nitq mədəniyyəti” məşğələləri keçirilir

Mükəmməl quruluşa, zəngin söz ehtiyatına malik Azərbaycan dili inkişaf etmiş dillərdən biridir və onun vasitəsilə istənilən fikri ifadə etmək mümkündür. Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında dil amili başlıca rol oynayır. Şəxsiyyətin özünüifadəsində dilə hansı səviyyədə yiyələnmə vacib şərt sayılır və düşüncələrin ədəbi dil normalarına uyğun verilməsinə geniş imkanlar açılır. Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir.O nitq düzgün hesab olunur ki,orada dilin fonetik,leksik və qrammatik qayda-qanunları pozulmasın. Bu məqsədlə bu ildən ilk dəfə olaraq orta ümumtəhsil məktəblərinin X siniflərində dərsdənkənar məşğələ kursu kimi tədris olunan “Nitq mədəniyyəti”ndə bu xüsusiyyətləri nümayiş etdirməyə real imkan yaranır. Belə ki, Tahirə Haşımovanın Xa və Şəbnəm Umarovanın Xb sinflərində, dərslərinin dinlənilməsi zamanı aşkar edildi ki, bir nitq nümunəsini şagirdlər dinlədikləri zaman nümunəni xüsusiyyətlərinə görə səciyyələndirib fikri və mülahizələrini bölüşə bilirlər. Müəllimlər sinfin diqqətini mədəni dilin tələblərinə yönəldərək şagirdlərə nitqin düzgünlüyünü və dəqiqliyi üzərində ayrıca dayanmağı məsləhət görür, irəli sürülən hər bir fikiri qeydə alır və yekunda nitqin düzgünlüyünü şərtləndirən amillər: dilin fonetik, leksik və qrammatik normaları, nitqdə səbəb-nəticə əlaqəsinin gözlənilmə ardıcıllığı, fakt və hadisələrin həqiqiliyi, inandırıcılığı müəyyənləşdirilib konkret nümunələrlə əsaslandırırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi