Ana dili fənnindən “Dəyirmi masa” keçirildi

08 noyabr məktəbdə “Vətənin, xalqın mənafeyi hər şeydən üstündür” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.Fənn müəllimləri ədəbiyyatın müasir gənclərin dünyagörüşünün formalaşmasında böyük rolu olduğunu qeyd etdilər. Çıxış edən müəllimlər gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə obasına hörmət, soykökünə,ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə etməyin vacibliyindən danışdılar. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır və biz bu hissi şagirdlərdə formalaşdırmalıyıq.“Vətənpərvərlik hissini necə başa düşürük? Ümumiyyətlə, vətənpərvərlik nədir?” bu suallara cavab berən şagirdlər bildirdilər ki, vətənpərvərlik- insanın doğma vətəninə sevgi,onun tarixi və milli dəyərləri üçün qürur keçirməkdən öz vətəninin siyasi, iqtisadi və mənəvi tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə can atmaqdan ibarətdir. Dəyirmi masada iştirak edən şagirdlər vətən haqqında şeir, aforizmlər söylədilər.