Riyaziyyat-informatika fənn metodbirləşməsinin iclası keçirildi

08.11.2017 tarixində keçirilmiş riyaziyyat fənn metodbirləşmə iclasında “Təhsildə keyfiyyət ili” ilə bağlı məruzələr dinlənildi, qarşıda duran məsələlərdən bəhs olundu. Metodbirləşmə sədri Ülviyyə Pəncəliyeva məktəbdə riyaziyyat fənninin təlim səviyyəsini yüksəltmək məqsədi ilə görüləcək işlərdən danışdı və bildirdi ki, təlimin keyfiyyətini yüksəltmək hər bir müəllimin qarşısında duran əsas vəzifə olmalıdır. O bu məqsədlə fənn müəllimlərinin hər bir sinifdə yoxlama və test tapşırıqlarının keçirilməsi, eyni zamanda təlimin keyfiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlərin aparılması zəruriliyini qeyd etdi. İclasda fənn olimpiyadasına hazırlıqla bağlı görülən işlərdən, qarşılıqlı dərsdinləmələrin aparılmasından və həmin dərslərin müzakirəsinin keçirilməsindən də danışıldı. Şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü formalaşdırmaq üçün müxtəlif viktorinaların keçirilməsi qeyd olundu.