“Mən hüquqlarımı bilirəm” mövzusunda açıq dərs keçirildi.
8 noyabr 2017-ci il tarixində Uşaq Hüquqları aylığı çərçivəsində məktəbin Uşaq birliyi rəhbəri Sevda Əliyeva və 3ç sinif rəhbəri Esmira Atayeva ilə birgə “Mən hüquqlarımı bilirəm” mövzusunda açıq dərs keçirildi.Uşaqlar fərdi bacarıqlarını çəkdikləri rəsmlərdə öz fikirlərini bildirdilər.Esmira müəllimənin hazırldığı videoçarxlar şagirdlərimiz tərəfindən maraqla izlənildi. Uşaqlar bu mövzuda dialoq şəklində səhnəciklər göstərdilər. Azyaşlı olmaqlarına baxmayaraq uşaqlar öz hüquqlarını bilir və gələcəkdə də öz hüquqlarını müdafiə etməyə hazırdırlar.