Təsviri incəsənət müəllimi Bayramnisə Quliyeva məktəbdə xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması təcrübəsindən danışır

Müəllimin isdedadlı uşaqlarla işi mürəkkəb və heç vaxt bitməyən prosesdir. Hər bir müəllim öz sahəsində belə uşaqların aşkara çıxarılmasına və inkişaf etdirilməsinə çalışır.Rəsm sahəsində məktəbimizdə belə uşaqlar var. Mən bir təsviri-incəsənət müəllimi kimi onların görmə qabilliyətini,qavrayışını bədii hisslərini, zövq və yaradıcılıq qabilliyətlərini inkişaf etdirməyə çalışıram. IXb sinif şagirdi Əliyeva Nailənin çəkdiyi təbiət təsvirləri doğma yurduna,vətəninə daim sevgi və məhəbbətdən irəli gəlir. VIIIc sinif şagirdi Rzalı Xəlil əsasən portret janrında şəkil çəkməyi xoşlayır. IXb sinif şagirdi Əkbərov Rasimin çəkdiyi şəkillərlə şagirdin düşünmə qabiliyyəti genişlənir, mövzuya düzgün yanaşma tərzi artıq artıq formalaşıb.Eyni zamanda təsviri incəsənətdə isdedadı olan başqa şagirdlərimizdə var.VIIId Rzayeva Lamiyə, VIIb Haşımlı Aytən, Əliyev Nihad, VIIIc Atayeva Esmira, VIIIb Abdullayeva Ruqiyyə kimi şagirdlər varki,onlar təsviri incəsənətdən həzz alır, bu sahəyə hobbi kimi yanaşırlar. Rəsm çəkməklə kifayətlənmir,həmdə öz fikirlərini rəsmlə ifadə etməyə çalışırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi