Biologiya fənni üzrə metodbirləşmə iclasi keçirildi

6 noyabr 2017-ci il tarixində biologiya fənni üzrə metodbirləşmə iclasi keçirildi.İclasda biologiya və həyat bilgisi fənnləri ilə bağlı aşağıdakı məsələlər müzakirə edildi.• 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedoqoji mühazirələrin keçirilmə qaydaları ilə metodbirləşmə üzvləri tanış oldu. Təqdim olunan mühazirələrdən üzvlər müəyyən mövzuları seçdilər və seçimlərini əsaslandırdılar.• Böyük Summativ Qiymətləndirmənin keçirilməsində müəyyən innovativ tədbirlər, biologiya,həyat bilgisi fənlərindən hansı yeniliklərin olması metodbirləşmə üzvləri tərəfindən müzakirə olundu və vəzifə bölgüsü aparıldı.• Metodbirləşmə üzvlərinin qarşılıqlı dərs dinləmələri və təlim-tərbiyə işləri üzrə direktor müavini H. Bayramovanın biologiya fənn müəllimlərinin dərslərini dinləməsi ilə bağlı verdiyi rəylər də nəzərə alınmaqla,biologiya fənn müəllimlərinin dərslərində yeni təlim metodlarının tətbiqi, baş verən bəzi nöqsanlar da müzakirə edildi.Direktor müavini gənc müəllimlərə təcrübəli müəllimlərin iş üsulunu öyrənməyi və müəllimləri öz üzərində daha çox işləməyi tövsiyə etdi.Qabaqcıl təcrübəni öyrənməyin səmərəliliyindən danışıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi