Çörək bərəkətdir

4 noyabr 2017-ci il tarixdə 1 nömrəli Çörək zavodunun növbəti qonaqları məktəbimizin 1b sinif şagirdləri oldular. Zavoda turun məqsədi şagirdlərə çörəyin hazırlanması texnologiyasını canlı şəkildə göstərmək, yediyimiz çörəyin nə qədər təmiz olduğunun şahidi olmaq idi .Şagirdlərimizi girişdə zavodun mehriban kollektivi qarşıladı . Onları təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra zavodun istehsal müəssisəsi ilə tanış etdilər. Şagirdlər çeşidli çörək, bulka və kruassanlardan dadıb, hazırlanmasını canlı izlədilər. Şagirdlərə bildirdi ki, zavodda çox adda çörək növləri istehsal edilir və istehsal olunan məhsullar əl dəymədən hazırlanır. 1 nömrəli Çörək zavodu “Çörəyə toxunan ilk sən ol” devizi altında çalışırSonda şagirdlərlə xatirə şəkli çəkildi və “məktəbli bulkaları” paylandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi