Gənc müəllimlərlə seminar keçirildi

Gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması məqsədilə seminar keçirildiMüəllimlik peşəsi fədakarlıq və əzmkarlıq tələb edir. Bu müqəddəs və məsuliyyətli peşəni seçən şəxslər, daha dəqiq desək, gənc müəllimlər bəzən öz bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkirlər. Bu məqsədlə 4 noyabr 2017-ci il tarixdə məktəbdə seminar-iclas keçirildi. İclasda çıxış edən hami müəllim Könül Mürsəlova qeyd etdi ki, təcrübəli müəllim kimi o, daimi gənc müəllimlərə dəstək olmağa çalışmış, əməkdaşlıq əlaqələrində onların pedaqoji bacarıqlarının inkişaf etdirilməsinə köməyini əsirgəməmişdir. Həmçinin gənc müəllimlərə dəstək məqsədilə onlara təyin olunmuş digər hami müəllimlər də öz çıxışlarında yeni pedaqoji fəaliyyətə başlayan, iş təcrübəsi az olan müəllimlərdə özünəinamın artırılması və yaradıcı işə meylliyin gücləndirilməsi sahəsində daim kömək edəcəklərini bildirdilər.