V siniflərdə rus dili fənnindən şagirdlərin oxu bacarığı səviyyəsi yoxlanıldı

5a, 5b, 5c, 5ç, 5d siniflərində Yeganə Quliyeva və Aynur İsmayılovanın dərslərində şagirdlərin oxu bacarığının səviyyəsi dinlənildi. V sinifdə rus dili (II xarici dil kimi) əlifbası şagirdlər üçün yeni olduğundan hərflər intensiv öyrədilir, şagirdlərin yaş dövrünü nəzərə alaraq, hərflərin tək-tək deyil, altı-yeddi və ya yeddi-səkkiz sayda öyrədilməsi nəzərdə tutulmuşdur. Şagirdlər hərfləri fonetik cəhətdən düzgün səsləndirir, səslərə uyğun sözlərdə hərfləri düzgün qeyd edir, şəkli təsvir edirlər. Tədris zamanı şagirdlərin hərfləri, sözləri, sadə cümlələri düzgün oxunuşuna, şifahi nitqin formalaşmasına,həriflərin,sözlərin düzgün tələffüz olunmasına fikir verilir. Mənbə kimi dərslərdə daha çox şəkillər, rəngli kartlar, real obyektlərdən istifadə edilir, şifahi nitqin, düzgün tələffüzün inkşafına nail olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi