Davranış və ünsiyyət mədəniyyəti haqqında psixoloji söhbət aparıldı

03.11.2017 ci il tarixində məktəbin VIII siniflərində psixoloq Rzayeva Samirə Behbud qizi şagirdlərin yaş həddini nəzərə alaraq onlarla davranış mədəniyyəti haqqında psixoloji söhbət aparmışdır. Xoş rəftar və danışıq gözəlliyi bizim ömür xəzinəmizi zənginləşdirən qiymətli gövhərdir. Həyatda insanlar maddi nemətlərə ehtiyac hiss etdikləri kimi, ülfətə, ünsiyyətə də böyük ehtiyac hiss edirlər. Məhz buna görə də xoş rəftar və danışıq gözəlliyi hamımız üçün zəruri olan həyat tələbatıdır. Danışığın gözəlliyi ilə, xoş rəftarla insanlarda xoş hisslər doğurmaq, onların hüsn-rəğbətini, hörmət və ehtiramını qazanmaq ən böyük səadətdir. Ünsiyyət, rəftar, davranış - bir-biri ilə sıx bağlı olan anlayışlardır. Biz hər yerdə hərəkətlərimizlə, rəftarımızla, davranışımızla başqalarına xoş təsir bağışlamağa çalışmalıyıq. Öz səmimiyyətimizlə, doğruçuluğumuzla, söz və hərəkət gözəlliyi ilə başqalarının rəğbətini qazana bilərik, həm də belə xoş rəftar qaydalarını, davranış gözəlliyini başqalarından tələb edə bilərik. Öz qəbahətli davranış əməlləri, pis rəftarı, çirkin hərəkətləri ilə başqalarının qəlbini yaralayan, əhval-ruhiyyəsini korlayan, əsəblərini gərginləşdirən adamların başqalarından xoş rəftar və davranış gözəlliyi gözləməyə haqları yoxdur. Biz həyatda ona nail olmalıyıq ki, insan hər vəziyyətdən düzgün çıxış yolu tapsın, fəzilət qapılarını özü öz əlləri ilə aça bilsin. Yalnız belə olduqda insan öz səadətinin yaradıcısı ola bilər. Bunun üçün yeganə düzgün yol - mənəvi və əxalaqi cəhətcə zənginləşmək, xoşrəftar və danışıq gözəlliyini sözdə deyil, işdə əsl həyat qanununa çevirməkdən ibarətdir.Söhbətlərin sonunda şagirdləri maraqlandıran suallara psixoloq tərəfindən ətraflı cavablar verilmişdir.Sual cavabda aktiv olan VIII sinif şagirdlərindən Esmira Atazadə,Tənzilə Abbaslı,Emil Əlizadə,Elcan Məmmədov,Şərqiyyə Aslanova,Aydan Rüstəmova və Səbuhi Paşazadə daha dolğun suallar verdilər.