Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi

Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə noyabrın 2- də 237 saylı tam orta məktəbdə Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş “Dalğalan, üçrəngli Bayrağım” adlı şeir müsabiqəsi keçirildi.Xəzər rayonu ümumtəhsil məktəblərinin şagirdlərinin çıxışları dinlənildi.Bizim məktəbi VII b sinif şagirdi İsmayılzadə Ayaz Zabit oğlu və XI a sinif şagirdi Kərimova Zahidə Zahid qizi təmsil edirdi.Şagirdlərimiz Bəxtiyar Vahabzadənin “Mənim bayrağım” və “Vətən oğlu” şeyirləri ilə çıxış etdilər. Münsiflər Heyətinin qərarına əsasən müsabiqədə iştirak edən şagirdlərin qalibləri rayon üzrə keciriləcək bayram tədbirində muəyyənləşdiriləcəkdir.