Tarix fənn metodbirləşməsinin növbəti iclası keçirildi

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə 2017-2018 ci dərs ili " Ümumi təhsildə keyfiyyət ili " elan olunmuşdur.Tarix dərslərində keyfiyyətin yüksəldilməsi,şagirdlərin ən mühüm tarixi anlayışları mənimsəməsi, ictimai inkişaf qanunlarını başa düşmələri ,tarixə aid bilikləri tətbiq etmək bacarığına yiyələnmələri metodbirləşmə üzvlərinin hər zaman diqqətindədir. 2 noyabr 2017-ci il tarixdə keçirilən metodbirləşmə iclasında çıxış edən metodbirləşmə sədri Şahnaz Dadaşova pedaqoji mühazirələrin keçirilməsinə hazırlıq ,bilik yarışının məktəb mərhələsindən xüsusi istedadlı şagirdlərin seçilməsi , "Mənim hüquqlarım " mövzusunda bilik yarışının rayon mərhələsində iştirak edəcək komandanın təşkili haqqında metodbirləşmə üzvlərini məlumatlandırdı.İmamverdiyev Nadirin pedaqoji mühazirəsinin ilk hazırlıq səviyyəsi ilə bağlı fikirləri dinlənildi. 12 noyabr Konstitusiya günü ilə bağlı bilik yarışinda iştirak edəcək şagirdlərin seçilməsi məsələsi müəllim Vəsilə Əliyevaya tapşırıldı. Sürayə Bayramova şagirdlərin bilik yarışlarında layiqli yer tutmaları üçün tarix müəllimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi