Sinif təşkilat saatları keçirildi

01.11.2017-ci il tarixində sinif təşkilat saatlarının qrafikinə uyğun olaraq sinif təşkilat saatları keçirilmişdir. Sinif təşkilat saatları mövzuya, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, həmçinin sinifdəki şagirdlərin hazırlıq səviyyəsinə müvafiq olaraq sinif rəhbərləri tərəfindən həyata keçirilir. Əlamətdar və yadda qalan günlərlə yanaşı sinif təşkilat saatı şagirdlərin dünyagörüşünü formalaşdırmaq, onların Azərbaycanın müstəqilliyi, suverenliyi, dövlətçiliyi haqqında bilik və təsəvvürlərini genişləndirmək üçün yaxşı vasitələrdən biridir. Sinif təşkilat saatlarını mövzuya uyğun müzakirə, söhbət, görüş, viktorina, disput, ekskursiya formalarında da təşkili etmək olar. Sinif təşkilat saatlarına fənn müəllimləri ilə yanaşı məktəb müdriyyəti, psixoloq, uşaq birliyi rəhbəri, valideynlər dəvət oluna bilər. Bugünki təskilat saatları VII-VIII sinflərdə olmaqla bir çox maraqlı mövzularla əhatə olunmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi