Şagirdlərin oyunlar vasitəsilə öyrənməyə həvəsləndirilməsi

Oyunlar şagirdlərin öyrənməsini dəstəkləyir və onları yeni biliklərə yiyələnməyə həvəsləndirir. Dərs prosesində oyunlardan istifadə olunması bir çox məqsədlərin reallaşmasına imkan yaradır.Oyun prosesində şagirdlər özləri də hiss etmədən müxtəlif tapşırıqları yerinə yetirir, tədqiqatçı rolunda olur, nələrisə müqayisə etməli, müxtəlif hərəkətləri yerinə yetirməli, şifahi hesablamalar aparmalı, məsələlər həll etməli olurlar. İbtidai sinif müəllimi Məlleykə Rəhimli dərs dediyi 2ə sinfində tez-tez didaktik oyunlardan istifadə edir.O, belə düşünür ki,oyunlardan istifadə şagirdlərin intizamlı olmasına çox kömək edir. Belə ki, hər bir oyunda müəyyən qaydalara riayət olunmalıdır. Oyun zamanı uşaqlar yoldaşlarının istəkləri və maraqlarını nəzərə almağı, təmkinli, daha məsuliyyətli olmağı öyrənirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi