Metodiki şuranın növbəti iclası keçirildi

31 Oktyabr 2017-ci il tarixində məktəbdə metodiki şuranın növbəti iclası keçirildi. İclasda çıxış edən metodbirləşmə sədrləri hər il olduğu kimi bu tədris ilində də fənn müsabiqələri, breyn-rinq bilik yarışmaları , viktorinaların keçirilməsi, şagirdlərin dünyagörüşünü artırmaq məqsədilə müxtəlif tədbirlərin hazırlanmasının vacibliyindən danışdılar.Əsasən dərs ilinin “Təsildə keyfiyyət ili” elan olunması ilə bağlı hazırlanmış tədbirlər planı geniş müzakirə olundu. Bildirildi ki, bu ildən etibarən təşkil olunmuş təmayül siniflərdə fənnlərin tədrisi səviyyəsini müəyyən etmək üçün qrafiklərə uyğun işlər aparılmalıdır. X siniflərdə keçirilən “Nitq mədəniyyəti” fakültativ kurs məşğələləri şagirdlərin marağına səbəb olmuşdur. V-X siniflərdə fənn kurikulumlarının tədrisi vəziyyəti də müzakirə olundu. Təlim tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova istedadlı şagirdlərin üzə çıxarılması və onlarla işin təşkil olunması üçün fənn müəllimlərinə xüsusi tapşırıqlar verdi. Xüsusilə vətənpərvərlik mövzusunda şeir müsabiqəsinin, kitabxanaçılarla birlikdə məktəb üzrə qiraətçilərin üzə çıxarılması və həmin şagirdlərin rəğbətləndirilməsi ilə əlaqədar müəyyən işlərin görülməsindən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi