Mirzə İbrahimovun 106 illik yubileyi keçirildi

31.10.2017ci il tarixində Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun 106 illik yubileyi ilə əlaqədar məktəb kitabxanasının oxucu zalında geniş tədbir keçirildi.İctimai xadim, tanınmış tənqidçi, böyük ədəbiyyatşünas Mirzə İbrahimovun həyat və yaradıcılığı ilə bağlı kitabxana müdiri İmanverdiyeva Gülnarə şagirdlərə və tədbir iştirakçılarına geniş məlumat verdi.Tədbirdə fənn müəllimləri Əzizə Səlimova, Tahirə Haşımova, Rzaqulu Məmmədov yazıçının məhşur əsərləri haqında danışaraq bildirdilərki, o həm azərbaycançı vətəndaş-ədib, həm də azərbaycanşünas alimdir.VIII sinif şagirdləri Rzalı Xəlil, Atazadə Esmira, X sinif şagirdi Əliyeva Samirə yazıçının “Cənub hekayələri”, silsiləsinə daxil olan “Tonqal başında”, “Azad” hekayələri ilə bağlı fikirlərini söylədilər.Şagidlərin çoxu böyük yazıçının bir sıra əsərləri ilə tanış olduqlarını və mütaliə etdiklərini bildirdilər.Tədbirdə iştirak edən təşkilatçı Elnarə Kərimova, uşaq birliyi rəhbəri Sevda Əliyeva, məktəb psixoloqu Samirə Rzayeva tədbirdə çıxış edərək şagirdlərdə dünyagörüşünün, nitq mədəniyyətinin formalaşması nöqteyi nəzərdən mütaliənin böyük rolu olduğunu vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi