Məktəbli kitabçalarının aparılması vəziyyəti yoxlanıldı

30.10.2017 ci il tarixində məktəbin Fəaliyyət planının 1.1.1.8 bəndi əsasında “Məktəbli kitabçalarının aparılması vəziyyətinin öyrənilməsi”məqsədilə I növbədə təhsil alan vıı-xı sinif şagirdlərinin məktəbli kitabçalarının aparılması vəziyyəti nəzarətlə yoxlanıldı.Reydlər zamanı siniflərdə vəziyyət qənaətbəxş oldu. Yüksək poliqrafik səviyyədə və keyfiyyətlə hazırlanan “Məktəbli kitabçası” şagirdlərin yaş həddinə, psixologiya və dünya görüşünə uyğun olmaqla yanaşı, milli dəyərlərimiz və dövlətçiliyimizin təbliği baxımından da xüsusi maraq doğurur. Şagirdlərin ən vacib ləvazimatı olan “Məktəbli kitabçası” şagirdlər tərəfindən səliqəli və nümunəvi vəziyyətdə saxlanılmalıdır. Məktəbli kitabçasının nəzarəti isə sinif nümayəndələri,sinif rəhbərləri və valideynlər tərəfindən hər həftə yoxlanılmalı və qeydlər aparmalıdır.Reyd zamanı siniflərin daha nümunəvi şagirdləri aşkarlanaraq I yarım ilin sonunda keçiriləcək ilin ən nümunəvi “Məktəbli kitabçası”müsabiqəsində diplomla təltif ediləcəkdir.Reydlər məktəbin təşkilatçısı Elnarə Kərimova, Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva və məktəb psixoloqu Samirə Rzayeva tərəfindən keçirilmişdir.