“Fövqaladə halların nəticələrinin aradan qaldırılması “ mövzusunda açıq dərs kerçirildi

30 oktyabr 2017-ci il tarixində 9b sinfində Mələk Əzizovanın “Həyat bilgisi” fənnindən “Fövqaladə halların nəticələrinin aradan qaldırılması “ mövzusunda açıq dərsi kerçirildi.Dərsin əsas məqsədi istənilən fövqaladə hal baş verərkən ,onun ağır nəticələrinin yaranmasının qarşısını necə almaq və yaranan fəsadların aradan necə qaldırılmasına yönəlmişdir.Dərsin ilkin motivasiya mərhələsində SOS həyəcan siqnalı çalındı və fövqaladə hal yaranan zaman insanın necə hərəkət etməli olduğunu şagirdlər bizə əyani şəkildə nümayiş etdirdi.Daha sonra uşaqlar qruplara bölünərək müxtəlif fövqəladə hallar zamanı görülməli olan tədbirlər haqqında tədqiqat işləri aparardılar.Tədqiqatın nəticəsi olaraq qrup liderləri öz işlərini təqdim edib, fikirlərini əsaslandırdılar.Beləliklə,meşə yanğınları zamanı,məişətdə baş verən müxtəlif qəza halları zamanı,təbii fəlakətlər zamanı və məktəbdə baş verə biləcək hər hansı qəza halı zamanı həm şagirdlərin,həm də hər bir sıravi vətəndaşın yerinə yetirməli olduğu öhdəlik və məsuliyyətlərlə tanış olduq.Dərsdə həmçinin 19 may 2015-ci il tarixində Bakı şəhəri Azadlıq prospektində çoxmərtəbəli yaşayış binasında baş vermiş faciəvi yanğına da toxunuldu.Bu hadisənin baş vermə səbəbləri, ölən və yaralananlarla bağlı məlumatlar verildi , hadisədən çəkilmiş videogörüntülər izlənildi.Dərs müxtəlif və qəfil baş verə biləcək fövqaladə hadisələr zamanı necə davranmalı olduğumuzu bir daha bizə xatırlatdı və sonda müəllim reallaşdırmalı olduğu məqsədinə nail oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi