Müstəqilliyimiz əbədidir

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 20 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi.Elə o gündən Azərbaycanımızın hər yerində,elecədə təhsil müəssisələrində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günu kimi qeyd olunur.Bu günlə əlaqədar olaraq siniflər üzrə divar qazetləri çıxarılmış,bilik yarışları keçirilmişdir. Xəzər Rayonu Gənclər və İdman idarəsinin təşəbbüsü ilə keçirlən “Nə harda nə zaman” intelektual yarışmaya məktəbin X-XI sinif şagirdlərindən ibarət komandası da qatılmışdır.Həmçinin bayram günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” adlı kompazisiya keçirilmişdir.Tədbirdə məktəbin direktoru,dərs hissə müdiri, fənn müəllimləri və şagirdlər iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi