5 Oktyabr “Müəllimlər Günü” qeyd olundu

Bu gün dünyada olduğu kimi ölkəmizdə də 5oktyabr-Müəllimlərin peşə bayramı qeyd olunur.Təhsili cəmiyyətin fəal, hərəkətverici və inkişafetdirici qüvvəsinə çevirən məhz müəllimlərdir.Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir,biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər, məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır.Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dünya miqyasında qeyd olunması, müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu,müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduğunu subut edir.Bütün təhsil ocaqlarında oldugu kimi məktəbimizdə 5 Okyabr “Müəllimlər Günü” qeyd olundu.Şagirdlərimizin hazırladıgı divar qəzetlərində müəllim peşəsinə olan hörmət və ehtiram öz əksini tapmışdı.V-VIII sinif şagirdlərinin hazırladıgı ədəbi- bədii kompazisiya keçirildi.Şagirdlər başda məkəbin direktoru Akif Abdullayev olmaqla, bütün müəllimləri təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi