Məktəbəhazırlıq qruplarının məşğələləri başladı

2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən oktyabrın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.Bizim məktəbdə də 6 məktəbəhazırlıq qrupu fəaliyyətə başladı. Qəbul elektron qeydiyyat vasitəsilə həyata keçirilmiş və 165 nəfər beşyaşlı uşaq qruplara cəlb edilmişdir.Qruplarda 27-30 şagirdin təhsil alması nəzərdə tutulur. Bu qruplara IV sinif müəllimləri Yamən Məmmədova,Məlahət Əliyeva, Vüsalə Məmmədova,Göyçək Cəfərova və Məhbub Həsənova təyin olunmuşdur. 2017-2018-ci dərs ilinin tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub. Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək. Oktyabrın 2-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi