SİNİF NÜMAYƏNDƏLƏRİ İLƏ İCLAS KEÇİRİLDİ

28.09.2017-ci il tarixdə dərs ilinin başlanması ilə əlaqədar olaraq siniflər üzrə sinif nümayəndələrinin iclası keçirildi.İclasda Tərbiyə işləri üzrə direktor müavini Kərimova Elnarə,Uşaq Birliyi rəhbəri Əliyeva Sevda və Psixoloq Rzayeva Samirə çıxış ederək qarşıda duran bir çox məsələlər haqqında sinif nümayəndələrinə öz tapşırıqlarını verdilər.Beləki Uşaq Birliyinə və Psixoloji cəmiyyətə yeni üzvlər qəbul edildi.Şagird özünuidarəetmə orqanlarının fəaliyyəti haqqında yeni təkliflər və tövsiyyələr verildi.İclasda sinif nümayəndələrinə sinif rəhbərləri və rəhbər işçilər tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi tapşırıldı.