Valideynlər iclası keçirildi

23.09.2017-ci il tarixində 2017/2018-ci tədris ilinin başlanmasına həsr olunmuş ibtidai siniflər üzrə ümumməktəb valideyn iclası keçirildi. İclasda məktəbin Təlim-təbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova, Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova , kitabxanaçı Gülnarə İmanverdiyeva və sinif rəhbərləri çıxış etdilər.İclasda şagirdlərin dərslik ilə təminatı,dərsə davamiyyətləri,məktəbli geyimləri, məktəbdə davranış qaydaları haqqında geniş danışıldı.Sonda valideynlərin təklif və şikayətləri dinlənildi və nəzərə alındı.