1”B” sinif şagirdləri “ Hərflərin müsabiqəsi” adlı tədbir keçirdilər

3 iyun 2017-ci il tarixdə 1”B” sinif şagirdləri “ Hərflərin müsabiqəsi” adlı tədbir keçirdilər. Müsabiqə, sinif müəllimi Ellada Nəcəfova tərəfindən hazırlanmışdı. Tədbirin əsas məqsədi valideyn,şagird və məktəb əlaqəsinin möhkəmləndirilməsi idi. Əvvəlcədən təyin olunmuş münsiflər heyətinin üzvləri şagirdlərin əl işlərini və təqdimatlarını nəzərə alaraq , Cəbrayılov Hüseyn Milxal oğlunu I yerə, Məmmədzadə Hüseyn Vüqar oğlu və Aslanov Əli Elşən oğlunu II yerə, Sadiqova Aysel Söhrab qızı və Əhmədli Fuad Nail oğlunu isə III yerə layiq gördülər.Sonda qalib şagirdlər diplomlarla təltif olundular. Tədbirin sonunda şagirdlər bütün dünyaya müxtəlif dillərdə sülhə çağırış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi