1 İyun Uşaqların Beynəlxalq müdafiə günüdür

Hər il iyun ayının 1-də ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiə günü qeyd olunur. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər görmək.” Bu gözəl gün münasibəti ilə məktəbimizdə də 1 İyun Uşaqların Müdafiəsi günü qeyd olundu. VIIB, VIIC və VIIIB sinif şagirdləri öz gözəl rəqsləri ilə uşaqları əyləndirdilər. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova, UBR Sevda Əliyeva, Ülviyyə Pəncəliyeva, Şahnaz Dadaşova və bir qrup digər müəllimlər iştirak edirdi.