“Respublika günü”nə həsr olunmuş tədbirdə IV İslam Həmrəyliyi oyunlarının gümüş mükafatçısı qonaq oldu

27 may 2017-ci il tarixdə “Respublika günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi.Tədbirdə məktəbin 2015-ci il məzunu ,IV İslam Həmrəyliyi Oyunlarının Para-Cüdo yarışı üzrə gümüş mükafatçısı Vəliyeva Sevda Rasim qızı və məşqçi,məktəbimizin məzunu olan Vəliyeva Ülviyyə Rasim qızı iştirak edirdi.Tədbirdə mükafatçı məzunumuz IV İslam Həmrəyliyi Oyunlarında keçirdiyi yarışlar haqqında öz təəsüratlarını şagirdlərlə bölüşdü.Tədbir şagirdlərin hazırladıqları musiqi nömrələri,şeirlərlə davam etdirildi.Sonda gümüş mükafatçı ilə xatirə şəkilləri çəkildi.