Fizika fənninə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

25.05.2017-ci il tarixində fizika müəllimi Şövkət Həsənovanın rəhbərliyi, VII sinif şagirdlərinin iştirakı ilə hazırlanmış ədəbi-bədii gecə Dövlət Himninin oxunması ilə başlandı. Əvvəlcə aparıcılar tədbiri açıq elan etdilər, daha sonra qızların fizikaya aid hazırladığı mahnı səsləndirildi. 7“a” sinif şagirdi Quliyeva Məlahət dahi Nizami Gəncəvinin poemalarından seçilmiş fiziki qanunauyğunluqları izah edən şeir nümunəsi söylədi. 7“d” sinif şagirdi Həsənova Gülşənin aparıcılığı ilə hazırlanmış fizikaya aid intellektual suallar əsasında “Teletaym” adlı yarışma, təbiətin möcüzəsi olan “Göy qurşağı” adlı səhnəcik təqdim olundu. Fiziklərin söylədikləri aforizmlər, dahi şəxsiyyətlərlə bağlı məzəli səhnəciklər göstərildi. Şagirdlərin fənlə bağlı söylədiyi şeir parçaları, rəqs və mahnılar tədbirə rəngarənglik qatdı. Tədbir 7“d” sinif şagirdləri Ləman və Lamiyə Rəcəbova bacılarının ifasında söylənilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə başa çatdı.