Səkkizincilər “Ümid uşaq evi”ndə oldular

Məktəbin 8b sinif şagirdlərinin təşəbbüsü ilə sinif rəhbərləri Ülviyyə Pəncəliyeva və bir qrup müəllim heyyəti birlikdə valideyn himayəsindən məhrum olmuş və qayğıya ehtiyacı olan uşaqlarla görüşmək və onlara yardım etmək məqsədi ilə “Ümid uşaq evi”ndə olmuşlar.Şagirdlər körpələr üçün xüsusi hədiyyələr hazırlamış, oyunlar ,rəqslər təşkil etmişlər.Onlar uşaqlarla gözəl vaxt keçirmiş,şeir söyləmiş,mahnı oxumuşlar.Uşaq evinin sakinləri də şagirdlərin gəlişindən çox şad olmuş, onlarla birlikdə əylənmişlər.Onlar şagirdləri öz otaqlarına aparmış,həm sinif, həm də yataq otaqları ilə tanış etmişlər.Uşaqlar bu görüşdən çox məmnun qalmışlar.