IX sinifdə açıq dərs keçirildi

Məktəbimizdə xarici dillərin tədrisində mütəmadi olaraq müasir texnologiyalardan istifadə olunur. Bura elektron lövhələr, linqafon kabineti kimi texnologiyalar daxildir.Şagirdlərin ingilis dili üzrə danışıq qabiliyyətlərinin inkişafında linqafonların rolu böyükdür. Məktəbin ingilis dili müəllimi Bayramova Günel 22.05.2017-ci il tarixində linqafonlardan istifadə edərək 9a sinfində açıq dərs vermişdir. Dərs prosesi zamanı şagirdlər onlara təqdim olunan “Australia” mətnini dinlədilər, daha sonra isə mətnə aid olan tələffüzü, çətin sözləri müəllimin və linqafonun köməyi ilə mənimsədilər. Bundan əlavə onlar ünsiyyət qabiliyyətlərini artırmaq üçün rollu dialoqlara qulaq asdılar və cütlərlə aparılan iş zamanı şagirdlər bunu tətbiq etdilır.Keçirilən dərs şagirdlərdə fəallıq yaratmaqla yanaşı,onların əməkdaşlıq bacarığını da inkişaf etdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi