İbtidai sinif şagirdləri arasında bilik yarışı keçirildi
Məktəbin illik fəaliyyət planının 1.1.1.20 bəndində verilmiş “Şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində işin təşkili” mövzusuna əsaslanaraq II-IV sinif şagirdləri ilə məntiqi test tapşırıqları üzrə bilik yarışı keçirildi.Testlər riyaziyyat müəllimi Ülviyyə Pəncəliyeva tərəfindən hazırlanmışdı.Test yoxlamaları parallel siniflər arasında aparıldı. Bilik yarışının nəticələri 10 may 2017-ci il tarixdə elan edildi və xüsusi istedadı olan şagirdlər üzə çıxarıldı.Xüsusi istedada malik olan şagirdlərlə işi davam etdirmək üçün müəllimlərə rəhbərlik tərəfindən tapşırıqlar verildi.